EN

Bakı-Sumqayıt yolundakı ağır tıxacın səbəbi AÇIQLANDI – RƏSMİ

Bakı–Sumqayıt avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, yolda sıxlıq yaranıb.
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıt-Bakı yolunda AĞIR TIXAC – Hərəkət tam dayandı – VİDEO


Bizim.Media xəbər verir ki, bu barədə “report.az”a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, sürücülər avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkmədiyinə görə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra avtomobillər kənara çəkilib və hərəkət tam bərpa edilib.

Qeyd edək ki, bu gün Sumqayıt-Bakı yolunun Ceyranbatan su anbarının yaxınlığından keçən hissəsində böyük tıxac yaranıb. Nəticədə avtomobillərin hərəkəti 1 saata yaxın dayanıb.

Bizim.Media

Chosen
44
27
bizim.media

10Sources