AZ

Bakı Sumqayıt avtomobil yolunda hərəkət tam bərpa edilib

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 9 sentyabr, AZƏRTAC

Bakı-Sumqayıt avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə yüngül maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, sürücülər avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkmədiklərinə görə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra avtomobillər kənara çəkilib və hərəkət tam bərpa olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
27
azertag.az

10Mənbələr