EN

Təyyarə qəzaya uğradı: Günah pilotdadır

Rostov vilayətində "An-2" təyyarəsi kənd təsərrüfatı işlərini yerinə yetirərkən qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə SHOT "Telegram" kanalı məlumat yayıb.

Hadisə səhər saat 09:20 radələrində Volqodonsk vilayətindəki “Rodnik” kənd təsərrüfatı bazasının ərazisində baş verib.

İlkin məlumata görə, pilot ölüb. Onun şəxsiyyəti müəyyənləşdirilir. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir, hadisənin baş vermə səbəblərini müəyyənləşdirirlər.

Fövqəladə Hallar Nazirliyindəki mənbə TASS-a deyib ki, təyyarənin qəzaya uğraması pilotun səhvi nəticəsində baş verib.

Chosen
78
publika.az

1Sources