EN

Yunan Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi: Dünya çempionatında ən yaxşı nəticəyə ümid edirik

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 9 sentyabr, AZƏRTAC

Hazırlıqlarımız plana uyğun davam edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçiriləcək dünya çempionatına hazırlıq barədə danışarkən deyib.

O, yarışla bağlı əvvəlcədən proqnoz vermək istəmədiyini bildirib: "Dünya çempionatında ən yaxşı nəticəyə ümid edirik. İdmançılar taktiki, texniki və fiziki cəhətdən yaxşı vəziyyətdədir. Müəyyən zədələr oldu. Amma hazırda hər şey qaydasındadır”.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 13–21-də təşkil olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
47
1
azertag.az

2Sources