"ABŞ və Avropa İttifaqı Ukraynada müharibənin dayandırılmasının vacibliyi məsələsində həmfikirdir və prezidentin sülh danışıqlarını dəstəkləmək strategiyası çərçivəsində bütün variantlar masadadır. "Hər şey əvvəlki kimi" yanaşması işləmir, biz Rusiyaya qarşı sərt tədbirlər görməyə hazırıq, amma Avropa tərəfdaşlarımız bizi tam dəstəkləməlidir ki, uğur qazanaq", - deyə Bessent "X" sosial platformasında yazıb.
Nazir əlavə edib ki, bu mövqeyi Avropa İttifaqının xüsusi elçisi O'Sallivana görüş zamanı aydın şəkildə çatdırıb. Qeyd edək ki, bir neçə gün öncə Avropa İttifaqının sanksiyalar üzrə xüsusi elçisi Devid O'Sallivan ABŞ-a səfər edib və Rusiya ilə bağlı yeni məhdudiyyətlərin razılaşdırılması istiqamətində danışıqlar aparıb. Bununla yanaşı, Avropa Komissiyası Rusiyanın enerji resurslarını alan tərəfdaş ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar hazırlayır. Bu, 19-cu sanksiya paketinə daxil ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31