EN

AXP nin qurultayı nə vaxt olacaq?

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Xalq Partiyası (AXP) qurultaya hazırlaşır.

Partiyanın sədr səlahiyyətlərini icra edən Qiyas Sadıqov Qaynarinfo-ya qurultayın oktyabr-noyabr aylarında keçirilməsinin planlaşdırıldığını deyib:

"Qurultayın dəqiq vaxtı 10-15 günə təyin olunacaq".

Xatırladaq ki, bir müddət öncə Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn sədrlikdən istefa verib. Sədr səlahiyyətlərinin müvəqqəti icrasının isə onun müavini Qiyas Sadıqova həvalə olunduğunu açıqlamışdı.

Bahar Rüstəmli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
72
qaynarinfo.az

1Sources