EN

Anamdan əmdiyim süd geri qayıtdı Həmid Herisçi Anara şeir həsr etdi

ain.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Həmid Herisçinin Xalq yazıçısı Anara həsr etdiyi "Demateriallaşma" şeirini təqdim edir.

Sən bədənsiz də varsan.

Qələmsiz də yazarsan.

Qanadsız da uçarsan.

Sən...

Sən demateriallaşıbsan

çoxdan.

Bilirsənmi nə vaxtdan?

Haçan ki sovet vaxtları bezib ictimai nəqliyyatdakı basabasdan,

Sallanırdın "LAZ", İKARUS" avtobuslarının yarıaçıq qapılarından.

İlk dəfə o vaxt sürücü səni itələyəndə qapıdan

yapışdın havadan

və gördün necə yıxılmayırsan...

Yunan əfsanələrindəki qanadlı İkarsan!

Yerin cazibə qüvvəsini aldadırsan!

Ayaq pəncəni qorxa- qorxa geri çəkdikcə bütün dərgahların qapısından.

Anamdan əmdiyim süd geri qayıtdı, vallah, burnumun ucundan!

Sonra kinoteatr kassalarından

"Daş və çiçək" hind filmınə bilet alarkən,

özünü dürtdün uzun növbəyə,

Bir də gördün içəridə ön sıradasan.

Biletini alıbsan.

Əjdahanın ağzından.

Biletsiz birisi isə əl çəkmirdi yaxandan.

O bileti alammazdın

Demateriallaşmasan.

Uşaqlıqda gördüyün bir kimyəvi parçalanmadan

Beş qiymətini almasan.

Deyirlər, barəmdədir son yazdığın "Gözmuncuğu" adlı roman.

Neynək...bəzən casusları tanıyırlar ağızlarındakı diş plombundan.

Bədənsiz də varsan.

Kəfənsiz də basdırarsan öz fobiyalarını.

60-cıların yarıutopiyalarını.

Tüpür ağzından bütün diş plomblarını,

Burax getsin damarlarından bütün tromblarını...

Boğazının poetik şarfını.

Sən "İkarus" avtobusundan sallanan vaxtdan

İkarsan.

Dabanı havadasan.

Təbrizəcən axacaq

Damarlarımda qatılaşmayan,

Laxtalanmayan

Bir an.

Bu qan.

Xalq artisti reanimasiyaya yerləşdirildi - Vəziyyəti ağırdır

Təpə Çalovda 3000 illik qədim tapıntı aşkarlandı

Fələstin ilk dəfə "Kainat Gözəli" müsabiqəsində

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
1
kulis.az

2Sources