Azadmedia.az Milli Məclisin növbədənkənar sessiyasının xüsusi iclasında spiker Sahibə Qafarovanın yekun çıxışını təqdim edir:
(09 sentyabr 2025-ci il)
Hörmətli həmkarlar, mən hamıya təşəkkür edirəm.
Onu da deyim ki, artıq 30 nəfər çıxış edib. Qeyd edim ki, müzakirə zamanı çıxışlarda dərin fikirlər səsləndi, dövlət başçısının həyata keçirdiyi siyasətlə bağlı qürur və Azərbaycanın xoşbəxt gələcəyinə əminlik ifadə olundu.
Yekun olaraq, bir daha düşünürəm ki, əminliklə demək olar ki, Vaşinqton razılaşmaları ölkəmizin həyatında yeni səhifə açmışdır. Möhtərəm cənab Prezident İlham Əliyevin sayəsində Azərbaycan nəinki milli maraqlarını müdafiə etmiş, həm də regionda yeni geosiyasi reallıqlar yaratmışdır. Azərbaycan yenə də göstərdi ki, həm döyüş meydanında qələbə qazanmağa, həm də danışıqlar masası arxasında ədaləti bərqərar etməyə qadirdir.
Bütün bu uğurlara görə biz möhtərəm cənab Prezidentə bir daha minnətdarlığımızı bildirərək, ölkəmizi yeni qələbələrə aparmaq naminə dəyərli fəaliyyətində ona böyük uğurlar arzulayırıq.