AZ

Vaşinqton razılaşmaları ölkəmizin həyatında yeni səhifə açmışdır



Milli Məclisin növbədənkənar sessiyasının xüsusi iclasında spiker Sahibə Qafarovanın yekun çıxışı


"Əminliklə demək olar ki, Vaşinqton razılaşmaları ölkəmizin həyatında yeni səhifə açmışdır. Möhtərəm cənab Prezident İlham Əliyevin sayəsində Azərbaycan nəinki milli maraqlarını müdafiə etmiş, həm də regionda yeni geosiyasi reallıqlar yaratmışdır".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin növbədənkənar sessiyasının xüsusi iclasında spiker Sahibə Qafarovanın yekun çıxışı zamanı deyib.

"Azərbaycan yenə də göstərdi ki, həm döyüş meydanında qələbə qazanmağa, həm də danışıqlar masası arxasında ədaləti bərqərar etməyə qadirdir.

Bütün bu uğurlara görə biz möhtərəm cənab Prezidentə bir daha minnətdarlığımızı bildirərək, ölkəmizi yeni qələbələrə aparmaq naminə dəyərli fəaliyyətində ona böyük uğurlar arzulayırıq",-deyə spiker vurğulayıb.

Süleyman

Seçilən
9
3
newscenter.az

4Mənbələr