EN

Ermənistan paraflanmış sülh sazişinin obyekti və məqsədinə zidd maneələri aradan qaldırmalıdır – Nizami Səfərov

Bakı. Trend:

XXI-ci yüzilliyin birinci yarısı Azərbaycanın dövlətçiliktarixinin renessans dövrü kimi yaddaşlarla həkk olunacaq. Əğər bizbeynəlmiləl siyası tarixi vərəqləsək əyani şəkildə görərik ki,dövlətlərin varlığının hüquqi və siyası təsdiqini onlarınsuverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinintoxunulmazlığı, konstitusiya-hüquq nizamının istisnasız bütövərazisində təmin olunması təşkil edir.

Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov parlamentinnövbədənkənar sessiyası çərçivəsində keçirilən “Vaşinqtonrazılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyintəntənəsi” mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.

Millət vəkili təəssüflə xatırladıb ki, keçən əsrin sonundadövlət müstəqilliyini təzəcə bərpa edən Azərbaycan Ermənistanınərazi iddialarından qaynaqlanan təcavuzlə üzləşərək 30 ilə yaxınbir müddətdə həm işğalçı ölkə ilə, həm də önları dəstəkləyənbeynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər və onların birlikləriilə qarşı-qarşıya qaldı. Beynəlxalq müstəvidə tüğyan edən selektivyanaşmalar və hüquqi riyakarlıqlara rəğmən Azərbaycan beynəlxalqhüququ və beynəlxalq ədaləti döyüş meydanında bərpa etdi.

Prezident İlham Əliyevin hərbi-siyasi strategiyasının parlaqformada həyata keçirilməsinin nəticəsi olaraq iki yüz ildən artıqbir müddətdə davam edən və xalqımız üçün həyatı əhəmiyyət kəsb edənproblemlər öz məntiqi həllini tapdı. Təkcə yaşadığımız coğrafiyayaüçün deyil, çağdaş dünya birliyi üçün xalqın milli maraqlarınınqorunmasının Azərbaycan modeli global müstəvidə ibrətamiz nümunəoldu.

Deputatın sözlərinə görə, dövlət başçısının post-münaqişə dövrüüçün nizmlanma doktrinasının fundamentallığını səciyyələndirəncəhət ondan ibarət idi ki, Qarabağ münaqişəsi hərbi-siyasi yollahəll edildikdən sonra Azərbaycan regionda təhlükəsizlik rejimininformalaşması üçün öz sistemli mövqeyini ortaya qoydu və qalibdövlət olmasına rəğmən, böyük sülh sazişinin bağlanması təklifi iləçıxış etdi.

“Beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanan ölkəmizinyanaşmasının və İkinci Qarabağ müharibəsində əldə edilən Zəfərinməntiqi nəticəsini Vaşinqton Zəfərində müşahidə etdik. AzərbaycanRespublikasının Prezidenti və Ermənistan Respublikası Baş nazirinincari ilin 8 avqustunda Amerika Birləşmiş Ştatlarının Vaşinqtonşəhərində keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyannaməninimzalanması və Sülh Sazişinin paraflanması uzunmüddətliqarşıdurmanın və və gərginliyin sonu deməkdir. Qeyd etdiyimkontekstdə, mən bir ibrətamiz tarixi fakta müraciət etmək istərdim.Qarabağda local antiterror əməliyyatları sona çatdıqdan cəmi 17aydan sonra Azərvaycan fövqaladə əhəmiyyətli Birgə Bəyannaməninimzalanmasına nail oldu.

Müqayisə üçün xatırlatmaq istərdim ki, İkinci dünyamüharibəsinən yalnız 10 il sonra 25 yanvar 1955-ci ildə SSRİ AliSovetinin Rəyasət Heyəti “Sovet İttifaqı ilə Almaniya arasındamüharibə vəziyyətinin ləğv edilməsi haqqında” Fərman qəbul edərək,hüquqi cəhətdən müharibəyə son qoydu. Bütövlüklə döyüşəməliyyatları bitəndən 17 ay sonra tarixi nailiyyətin əldə olunmasıbünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş vəhazırda ardıcıl formada Prezident İlham Əliyev tərəfindən həyatakeçirilən milli təhlükəsizlik və xarici siyasət doktrinasınınməntiqi nəticəsidir. Ən mürəkkəb geosiyasi durumda belə birəhəmiyyətli hüquqi və diplomatik Zəfərin əldə edilməsi Azərbaycanınbeynəlxalq siyasətinin parlaq səhifəsidir”, - deyə deputat əlavəedib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü bildiribki, bəzi xarici mənbələrdə Vaşinqtonda paraflanan Sülh Sazişi iləbağlı müxtəlif yalnış fikirlər söylənilir.

“Nəzərə almaq lazımdır ki, paraflanma beynəlxalq hüquqiproseduradır və onun tövsifini vermək üçün “Müqavilələr hüququhaqqında” 23 may 1969-cu il tarixli Vyana Konvensiyasına müraciətetmək lazımdır. Həm Azərbaycan Respublikası, həm də ErmənistanKonvensiyanın iştirakçılarıdrılar. Konvensiyanın 12-ci maddəsi“İmzalama yolu ilə müqavilənin məcburiliyinə razılıq” adlanır vədövlətin paraflanan beynəlxalq razılaşmasına münasibətini əksetdirir.

Beynəlxalq müqavillələr hüququnda paraflanma həmçininmüqavilənin mətninin razılaşdırılması və onun yekun xarakteridaşımasını təsdiq edən müvafiq səlahiyyətli şəxslər tərəfindənilkin imzalanması prosedurudur. “Müqavilələr hüququ haqqında” VyanaKonvensiyasının digər yüksək əhəməyyətli 18-ci maddəsindəmüqavilənin qüvvəyə minməsinə qədər müqavilənin obyekt vəməqsədinin heçə endirilməməsi öhdəliyi öz əksini tapmışdır.Ermənistan bu Konvensiyadan irəli gələn beynəlxalq öhdəliklərindaşıyıcısı kimi paraflanmış Sülh Sazişinin obyekti və məqsədinəzidd maneələri aradan qaldırmalıdır və öz Konstitusiyasında müvafiqdəşikliklər etməlidir”, - deyə deputat qeyd edib.

Chosen
71
1
az.trend.az

2Sources