EN

Xorvatiyada İsrail XİN rəhbərinin səfərinə etiraz aksiyası keçirilib

Xorvatiyanın paytaxtı Zaqrebdə İsrailin Xarici İşlər Naziri Gideon Saarın səfəri zamanı etiraz aksiyası təşkil olunub.

Editor.az xəbər verir ki, demonstrantlar İsrailin Qəzza sektorundakı hərbi əməliyyatlarını pisləyiblər.

Saar rəsmi səfərlə Zaqrebdə olub və Xorvatiya Baş Naziri Andrey Plenkoviç tərəfindən hökumət binasında qəbul edilib. Binanın girişində toplaşan etirazçılar “Hərbi cinayətkar Saar, burada xoş gəlməmisən, növbəti dayanacaq – Qaaqa” yazılı plakat qaldırıblar.

Aksiya iştirakçıları həmçinin Xorvatiya hökumətini İsrailə dəstək verməkdə tənqid edərək, “Azad Fələstin” şüarları səsləndiriblər. Hökumət binasının ətrafında polis təhlükəsizlik tədbirlərini gücləndirib.

//Samir Qurbanov, Editor.az

Chosen
82
editor.az

1Sources