EN

BOKT a borcunu ödəmək üçün illik 15 faizlə 4 milyon 750 min manat pul lazımdır

ain.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"FNC" Bank Olmayan Kredit Təşkilatı QSC istiqraz yerləşdirməklə 4 milyon 750 min manat cəlb etməyi nəzərdə tutur.

Marja.az xəbər verir ki, BOKT hər bitinin nominal dəyəri 5000 manat olan 950 ədəd istiqraz buraxıb.

İstiqrazlar üzrə illik gəlirlilik dərəcəsi 15%-dir. Fazilər ildə 1 dəfə ödəniləcəkdir. İstiqrazların tədavül müddəti 5 il müəyyən olunub.

"FNC" BOKT-ın istiqraz emissiya etməsinin səbəbi "Kristal Bakı" ASC qarşısında olan borc öhdəliyinin vaxtında icrasını təmin etməkdir.. Qeyd edək ki, "Kristal Bakı"  tikinti şirkətidir. 

"FNC" BOKT MMC-nin 1 milyon 800 min manat nizamnmaə kapitalının 100%-i Məmmədov Xəqani Əli oğluna məxsusdur. 

Emissiyanın anderrayteri "CPM İnvest İnvestisiya Şirkəti"dir. 

İş axtarmaq heç vaxt bu qədər həyəcanlı olmayıb! Hər gün yeni vakansiyalar, maaşı yüksək, etibarlı elanlar - AzVak.az-da. İndi bax, fürsəti qaçırma!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
83
1
marja.az

3Sources