EN

Dünya şöhrətli plastik cərrah, professor İbrahim Yıldırım vəfat edib (FOTO)

Bakı. Trend:

Türkiyədəki Azərbaycan diasporuna ağır itki üz verib. İstanbulUniversitetinin professoru, dünya şöhrətli plastik cərrah İbrahimYıldırım vəfat edib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindənməlumat verilib.

Əslən Azərbaycanın Qazax rayonundan – Azərbaycan XalqCümhuriyyətinin daxili işlər naziri Mustafa Vəkiloğlunun nəslindənolan İbrahim Yıldırım 1936-cı il noyabrın 20-də Türkiyədə – Amasyavilayətinin Merzifon rayonunda dünyaya gəlib. İstanbulUniversitetinin Tibb fakültəsini bitirdikdən sonra ABŞ, Avropa vəAsiyanın müxtəlif ölkələrində plastik cərrahiyyə üzrəixtisasartırma kurslarında təcrübə keçib, konfrans və seminarlardaiştirak edib. Dünyanın tanınmış plastik cərrahlarından biri olaraqmüxtəlif ölkələrdə qonaq professor kimi mühazirələr oxuyub. Tibbsahəsində ixtisaslaşmış bir sıra cəmiyyət və təşkilatların, ocümlədən Azərbaycan Cərrahiyyə Cəmiyyətinin və Azərbaycan Ağız vəÜz-Çənə Cərrahları Cəmiyyətinin üzvü olub.

Molla Vəli Vidadinin və Molla Pənah Vaqifin nəticəsi olan Fiqənxanımla ailə quran İbrahim Yıldırım Azərbaycanla bağlılığını heçvaxt unutmayıb. Azərbaycanın elmi mühiti ilə yanaşı, ədəbi mühitinidə yaxından tanıyıb. Vaxt məhdudiyyətinə baxmayaraq mütəmadi olaraqAzərbaycana gəlib, ədəbi məclislərdə, tədbirlərdə böyük həvəsləiştirak edib. Ümummilli lider Heydər Əliyevlə görüşüb. O,müstəqilliyimizin ilk illərində Birinci Qarabağ müharibəsindəyaralanmış döyüşçülərimizin müalicəsinə, dərmanların gətirilməsinə,ağır yaralıların xarici ölkələrə aparılmasına, azərbaycanlılarınTürkiyədə ali tibb təhsili almasına köməkliklər göstərib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ildəİbrahim Yıldırımı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”yubiley medalı ilə təltif edib.

Ölkəmizin inkişafı, tərəqqisi onu qəlbən sevindirib. DaimAzərbaycanı dünyaya təqdim və təbliğ edən professor tibbə dair birsıra əsərlərlə yanaşı, “Azərbaycandan Amasyaya daşınan türk kültürüvə şirvanlılar”, “Baş üstündə bir kitabın olması”, “TürkiyədəAzərbaycan kültürü”, “İstanbul Universitetini bitirmişazərbaycanlılar”, “Amasya araşdırmaları” və digər tarixi-etnoqrafikkitabları da qələmə alıb. Vətən müharibəsi zamanı və ondan sonraAzərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xidmətləriniəsirgəməyib.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsininrəhbərliyi və kollektivi Türkiyədəki Azərbaycan icmasının fəalüzvü, professor İbrahim Yıldırımın vəfatından kədərləndiyinibildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığıverir.

https://www.youtube.com/watch?v=fHSaiNE8enE&t=47s

Dünya
Dünya
Dünya
Chosen
33
6
az.trend.az

7Sources