EN

Zəngəzur dəhlizinin açılması, Azərbaycan və qonşu ölkələr üçün strateji əhəmiyyət kəsb edir - Azər Qarayev

Bakı. Trend:

Zəngəzur dəhlizinin açılması, Azərbaycan və qonşu ölkələr üçünstrateji, iqtisadi və geosiyasi baxımdan mühüm əhəmiyyət kəsbedir.

Bu sözləri Trend-ə politoloq Azər Qarayev bildirib.

O bildirib ki, Bu dəhliz, Cənubi Qafqazın nəqliyyat və enerjiinfrastrukturunun inkişafına, regional əməkdaşlığın güclənməsinə vədayanıqlı sülhün təmin olunmasına töhfə verəcəkdir.

"Zəngəzur dəhlizinin istifadəyə verilməsi, Azərbaycanınbeynəlxalq ticarət əlaqələrini genişləndirəcək. Bu, xüsusilə OrtaAsiya, Türkiyə və Avropa ilə iqtisadi əlaqələrin inkişafına imkanyaradacaq. Azərbaycan, bu marşrut vasitəsilə öz ixracını artıraraqyeni bazarlara çıxış əldə edəcəkdir. Dəhlizin açılması,Azərbaycanın enerji və nəqliyyat infrastrukturunun inkişafına təkanverəcəkdir. Bu, ölkənin enerji ixracını artıraraq regional enerjitəhlükəsizliyinə töhfə verəcəkdir."

A.Qarayev qeyd edib ki, Zəngəzur dəhlizinin istifadəyəverilməsi, regionda dayanıqlı sülhün təmin olunmasına köməkedəcəkdir.

"Kommunikasiya xətlərinin bərpası, qarşılıqlı etimadın artmasınavə regional əməkdaşlığın güclənməsinə səbəb olacaqdır. AzərbaycanZəngəzur dəhlizi vasitəsilə əsas regional tranzit ölkəsinəçevrilir. Bu, ölkənin yükdaşıma imkanlarını artırır, nəqliyyatsektorunda yeni investisiyaların gəlməsinə səbəb olur və gəlirmənbələrini genişləndirir.Yükdaşımaların artması ilə gömrük vənəqliyyat xərclərindən əldə olunan gəlirlər əhəmiyyətli dərəcədəyüksələcək.Yüksək texnologiyalı nəqliyyat və logistikainfrastrukturu ilə bağlı yeni müəssisələr yaranacaq."

Politoloq bildirib ki, Zəngəzur dəhlizi Azərbaycan mallarının,xüsusilə kənd təsərrüfatı, sənaye və enerji məhsullarının yenibazarlara çıxışını asanlaşdırır.

"Türkiyə və Orta Asiya ilə birbaşa əlaqə ixracatçılarınməhsullarını daha sürətli və ucuz göndərməsinə imkanverir.Logistika xərclərinin azalması və marşrutun qısalmasıməhsulların rəqabətliliyini yüksəldir. Modern nəqliyyat xətləri həmyük, həm də sərnişin daşımalarını asanlaşdıracaq. Beynəlxalq vəregional layihələrə sərmayə yatırımları artır, iş yerləriyaradılır. Zəngəzur dəhlizi Azərbaycanı Cənubi Qafqaz, Türkiyə,Orta Asiya və Avropa ölkələri ilə daha sıx iqtisadi əlaqələrəgətirir.Birgə layihələr, ticarət dövriyyəsi və sərmayə yatırımlarıüçün şərait yaranır.Azərbaycanın iqtisadiyyatı daha çox bazarlarlaəlaqələndirilir, ixrac potensialı artır."

A.Qarayev bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanın Cənubi Qafqazregionunda strateji mövqeyini gücləndirir.

"Bu, ölkənin regional siyasətdə əsas oyunçu kimi çıxış etməsinəimkan verir. Dəhliz vasitəsilə Azərbaycan Avropa və Asiya arasındakörpü rolunu oynayır.Yeni nəqliyyat marşrutu üzərindən ölkənindiplomatik və iqtisadi təsiri artır. Dəhliz ölkəyə geniş regionaldiplomatik imkanlar açır.Azərbaycanın mövqeyi beynəlxalqlayihələrdə güclənir. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın özərazi bütövlüyü və suverenliyinin möhkəmləndirilməsi təmin edilir",- deyə o qeyd edib.


Məqalədə:
Chosen
73
az.trend.az

1Sources