EN

Çimərlik voleybolçularımız Avropa çempionatında mübarizə aparacaq

Çimərlik voleybolçularımız Avropa çempionatında iştirak edəcəklər.

İdman.biz xəbər verir ki, çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət komandalarımız 18 yaşlıların (U-18) Avropa çempionatında güclərini sınayacaqlar.

Təmsilçilərimiz bu gün yarışın keçiriləcəyi İtaliyanın Corigliano Rossano şəhərinə yola düşüblər.

Sentyabrın 11-14-də baş tutacaq çempionatda ölkəmiz bir qız (Xədicə Hadızadə/Cəmilə Bəşirova) və bir oğlan (İbrahim Məmmədov/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.

İdman.biz

Chosen
38
1
idman.biz

2Sources