Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ictimai asayişi nümayişkəranə şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən şəxslər saxlanılıblar.
Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, profilaktik tÉ™dbirlÉ™r zamanı müəyyÉ™n olunan ÅŸÉ™hÉ™r sakinlÉ™ri - 27 yaÅŸlı Orxan MÉ™mmÉ™dov vÉ™ hÉ™myaşıdı Nahid Aslanov avtomobil idarÉ™ edÉ™n zaman piyada, elÉ™cÉ™ dÉ™ digÉ™r yol hÉ™rÉ™kÉ™ti iÅŸtirakçılarının hÉ™yatına ciddi tÉ™hlükÉ™ yaratdıqları vÉ™ bunu sosial ÅŸÉ™bÉ™kÉ™lÉ™rdÉ™ paylaÅŸdıqları üçün Polis ŞöbÉ™sinÉ™ gÉ™tiriliblÉ™r.Â
Həmin şəxslər barəsində protokollar tərtib olunub və toplanmış materiallar məhkəməyə təqdim edilib.
Məhkəmənin qərarına əsasən, O.Məmmədov 20, N.Aslanov isə 10 gün müddətinə inzibati qaydada həbs olunub.
