AZ

Avtoxuliqanlıq edib sosial şəbəkədə yayan şəxslər həbs edilib – VİDEO

Sumqayıtda avtoxuliqanlıq edib sosial şəbəkələrdə yayan şəxslər həbs edilib.

DİN-in Mətbuat xidmətindən Tribunainfo.az -a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ictimai asayişi nümayişkəranə şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən şəxslər saxlanılıblar. Profilaktik tədbirlər zamanı müəyyən olunan şəhər sakinləri – 27 yaşlı Orxan Məmmədov və həmyaşıdı Nahid Aslanovun avtomobil idarə edən zaman piyada, elə də digər yol hərəkəti iştirakçılarının həyatına ciddi təhlükə yaratdıqları və bunu sosial şəbəkələrdə paylaşdıqları üçün Polis Şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində protokollar tərtib olunub və toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarına əsasən O.Məmmədov 20, N.Aslanov isə 10 gün müddətinə inzibati qaydada həbs olunub.

Seçilən
34
45
tribunainfo.az

10Mənbələr