ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Monteneqro yığmasını tərk edə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə 56 yaşlı mütəxəssis səfərdə Xorvatiyaya 0:4 hesabı ilə uduzduqları 2026-cı il dünya çempionatının seçmə qrup matçından sonra açıqlama verib.
O, hər şeyə sentyabrın 9-da Monteneqro Futbol Assosiasiyasının prezidenti Deyan Saviçeviçlə görüşündə aydınlıq gələcəyini bildirib.
Prosineçki 0:4 hesablı məğlubiyyətə Andriya Bulatoviçin 42-ci dəqiqədə qırmızı vərəqə almasının da təsirsiz ötüşmədiyini vurğulayıb.
Qeyd edək ki, Monteneqro millisi 5 oyundan sonra 6 xalla L qrupunda 3-cü yerdə gedir. İlk iki pillədəki Xorvatiya və Çexiyanın hərəyə 12 xalı var. Xorvatiya Çexiya və Monteneqroya nəzərən bir oyun az keçirib.
Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasının baş məşqçisi olub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.