EN

Suriya xarici işlər naziri: Rusiya ilə əməkdaşlığa hazırlaşırıq

BAKI, 9 sentyabr. TELEQRAF

“Dəməşq bəzi sahələrdə, o cümlədən enerji sahəsində Moskva ilə əməkdaşlıq etməyə hazırlaşır”.

Teleqraf xəbər verir ki, bunu Suriya xarici işlər naziri Əsəd Şibani Dəməşqdə Rusiya baş nazirinin müavini Aleksandr Novakla keçirdiyi mətbuat konfransında deyib.

“Rusiya ilə Suriyanın yenidən qurulması, o cümlədən enerji, kənd təsərrüfatı və səhiyyə sahələrində ədalətli və şəffaf əsaslarla əməkdaşlığı alqışlayırıq”, - nazir bildirib.

Chosen
56
6
teleqraf.com

10Sources