EN

Dövlət Mahnı Teatrı musiqi dolu “Gəzinti” bir axşam bəxş edəcək

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı 25 sentyabr 2025-ci il tarixində tamaşaçılara musiqi dolu bir axşam bəxş edəcək. "Gəzinti" adlı konsertdə estrada-simfonik orkestrinin müşayiəti ilə Azərbaycan bəstəkarlarının ən sevilən mahnıları səslənəcək.

Gecədə teatrın solistləri - Xalq artisti Gülyanaq Məmmədova, Rövşən Qəhrəmanov, Ayşən Mehdiyeva, Taleh Yahyayev, İlhamə Qasımova, Aynur İsgəndərli, Fəxri Kazım Nicat və Mədinə Kazımova ilə yanaşı, qonaq ifaçılar - Pərviz Abdullayev, Zaur Gəray, Elmira Atapur, İlqar Bəkirov, Teymur Hənifəyev, Cəlal Məlik və Elmira Mühəmməd öz səhnə çıxışları ilə gecəyə xüsusi rəng qatacaqlar.

Konsert 19:00-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsində baş tutacaq.

Biletləri mərkəzləşdirilmiş kassalardan və iticket.az saytından onlayn əldə etmək mümkündür.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
54
1
news.milli.az

2Sources