EN

Mərkəzi Asiya liderlərinə Rusiyada sülh mükafatı verildi

BAKI, 9 sentyabr. TELEQRAF

Səsvermənin nəticələrinə əsasən, ikinci Lev Tolstoy beynəlxalq sülh mükafatının qalibləri Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentləri Sadır Japarov, Emoməli Rəhmon və Şavkat Mirziyoyev elan edilib.

Teleqraf xəbər verir ki, mərasim Moskvada rusiyalı yazıçı Lev Tolstoyun doğum günündə baş tutub.

“Lev Tolstoy adına beynəlxalq sülh mükafatının münsiflər heyətinin qərarı ilə 2025-ci ildə mükafatın qalibləri Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev elan edilib. Qərar yekdilliklə qəbul olunub”, - münsiflər heyətinin sədri Valeri Gergiyev bildirib.

Mükafatın təşkilat komitəsi qeyd edib ki, üç ölkənin liderləri bu fəxri mükafata Mərkəzi Asiya regionunda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə verdikləri böyük töhfəyə görə layiq görülüblər.

Lev Tolstoy adına sülh mükafatı 2022-ci il iyunun 22-də Rusiya Tarixi Cəmiyyəti, Rusiya Sülh Fondu və Rusiya Hərbi Tarixi Cəmiyyəti tərəfindən təsis edilib.

Chosen
61
teleqraf.com

1Sources