Zinəddin Zidanın Fransa yığmasının baş məşqçisi postunu tutmağa hazırlaşır.
BAKU.WS xəbər verir ki, bu barədə "LEquipe" jurnalı yazıb.
Nəşrin yazdığına əsasən, 53 yaşlı mütəxəssis 2026-cı il dünya çempionatından sonra Didye Deşamı əvəz etmək niyyətindədir.
Mənbənin sözlərinə görə, Zidan Liqa 1-i izləyir və Avropa matçlarına baxır. Bundan əlavə, məşqçi çoxlu qeydlər aparır və artıq Fransa yığmasının gələcək oyunu ilə bağlı ideyalara sahibdir.
Xatırladaq ki, 2026-cı il dünya çempionatı Deşam üçün yığmanın başında sonuncu olacaq. O, bunu yanvar ayında özü açıqlayıb. Deşam 2012-ci ildən yığmaya rəhbərlik edir və onunla birlikdə 2018-ci ildə dünya çempionu olub.
Zidan isə məşqçilik karyerasında iki dəfə "Real"ı çalışdırıb. Madrid klubu ilə üç dəfə Çempionlar Liqasını, iki dəfə isə "La Liqa"nı qazanıb.