EN

Xaricdəki soydaşlarımız üçün Azərbaycan dili dərslərinə start verilir

BAKI, 9 sentyabr. TELEQRAF

Xaricdə yaşayan soydaşlarımız üçün həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat davam edir.

Bu barədə Teleqraf-a Azərbaycan Gənc Müəllimlər Assosiasiyasındən məlumat verilib.

Bildirilib ki, layihənin məqsədi xaricdə yaşayan soydaşlarımızın ana dilini öyrənməsinə, milli mədəniyyətimizi, tariximizi və coğrafiyamızı tanımasına dəstək göstərməkdir. Layihə iştirakçıları yalnız dil biliklərini inkişaf etdirmir, həm də öz mədəni irslərini mənimsəyir və vətənlə olan bağlarını daha da gücləndirirlər.

Layihədə iştirak etmək istəyən şəxslər yaş qruplarına (6–10 yaş – kiçik, 11–13 yaş – orta, 14–18 yaş – yuxarı) və dil bilik səviyyələrinə (başlanğıc, orta, yüksək) uyğun olaraq dərs qruplarına bölünəcəklər. Bunun üçün əvvəlcədən təşkil ediləcək qısa dil yoxlamasından keçmək tələb olunur.

Dərslər təcrübəli müəllimlər tərəfindən onlayn formada, həftədə 2–3 dəfə interaktiv şəkildə aparılacaq. Tədris prosesi 15 sentyabrdan başlayacaq.

Chosen
42
16
teleqraf.com

10Sources