EN

Rusiyada antidepressantlara tələbat artıb

2025-ci ilin əvvəlindən Rusiyada təxminən 13 milyon qutu antidepressant satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36% çoxdur.

Musavat.com xəbər verir ki, bu barədə "RNC Pharma" analitik şirkəti məlumat yayıb.

Tələbatın xüsusilə 2025-ci ilin iyulunda kəskin artdığı qeyd olunur. Belə ki, 2024-cü ilin iyulu ilə müqayisədə satışlar 27,3% yüksəlib. Ən çox satış Moskva, Sankt-Peterburq və Moskva vilayətində qeydə alınıb, bu bölgələrin payına ümumi bazarın demək olar ki, 40%-i düşür. Bundan əlavə, Samara və Kalininqrad vilayətlərində satışlar təxminən iki dəfə artıb.

Mütəxəssislərin fikrincə, bu tendensiya yeni deyil: Rusiyada antidepressantlara tələbat artıq bir neçə ildir davamlı şəkildə yüksəlir. Belə ki, 2022-ci ildə bu dərmanlara çəkilən vəsait 610 milyon rubl, 2023-cü ildə 733 milyon rubl, 2024-cü ildə isə 743 milyon rubl təşkil edib.

2025-ci ilin ilk aylarından müşahidə edilən sıçrayış əvvəlki illərin artım tempini də üstələyib.

Musavat.com

Chosen
24
50
musavat.com

10Sources