EN

Ayan yeni eşqə düşüb – Sevgilisi kimdir?

Müğənni Ayan Babakişiyeva sevgisindən danışıb.

Bu haqda sənətçi “Öz aramızda” verilişində bəhs edib. O bildirib ki, həyatında sevdiyi şəxs var:

“Bu gün çox xoşbəxtəm. Sevirəm və sevilirəm. Həm də aşiqəm. Sevgi səni zəiflədir. Övladını sevəndə onun hər kaprizinə “hə” deyirsən. Sevgi doğmalıq hissidir. Deyirlər, sevgi azaddır, sərhəd tanımır. Yox… Sevgi doğmalara olur. Eşq, məhəbbət başqadır, o hissi cilovlamaq lazımdır. Hər şey qarşılıqlı olanda hər şey yaxşı olur. Münasibətdə hörmət yaxşıdır. Hörmət olanda o da sən olmayan yerdə sənsiz davranmır. Mən ağılla davranan qadınam. Ağılla addım atmağa məcburam”.

Chosen
56
1
millitv.net

2Sources