EN

Bakıdakı bu liseyin 34 məzunu Türkiyənin nüfuzlu universitetlərinəqəbul olundu

2025-ci il Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyinin məzunları üçün uğurlu olub.

Redaktor.az xəbər verir ki, Bakı Türk Liseyini 2025-ci ildə bitirən məzunlardan 34 nəfər YTB təqaüdü ilə Türkiyənin nüfuzlu universitetlərinə qəbul olunub.

Onlardan əlavə, 17 məzun “Üstün başarı bursu” qazanıb.

“Məzunlarımızdan 17 nəfəri tibb, 13 nəfəri mühəndislik, 4 nəfəri isə digər ixtisaslara qəbul olunub. Məzunlarımızı bu təqaüdə layiq görən YTB nümayəndələrinə təşəkkürümüzü bildirir, uğur qazanan gənclərimizə təhsil həyatlarında yeni nailiyyətlər arzulayırıq”, - deyə Bakı Türk Liseyinin açıqlamasında bildirilib.

Chosen
71
2
redaktor.az

3Sources