2025-ci il Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyinin məzunları üçün uğurlu olub.
Redaktor.az xəbər verir ki, Bakı Türk Liseyini 2025-ci ildə bitirən məzunlardan 34 nəfər YTB təqaüdü ilə Türkiyənin nüfuzlu universitetlərinə qəbul olunub.
Onlardan əlavə, 17 məzun “Üstün başarı bursu” qazanıb.
“Məzunlarımızdan 17 nəfəri tibb, 13 nəfəri mühəndislik, 4 nəfəri isə digər ixtisaslara qəbul olunub. Məzunlarımızı bu təqaüdə layiq görən YTB nümayəndələrinə təşəkkürümüzü bildirir, uğur qazanan gənclərimizə təhsil həyatlarında yeni nailiyyətlər arzulayırıq”, - deyə Bakı Türk Liseyinin açıqlamasında bildirilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta