EN

İnsanabənzər robot yeni bacarıq əldə edib  

“Figure” şirkəti özünün “Vision Language Action” (VLA) modeli olan “Helix AI”ni yeniləyib və bunun sayəsində insanabənzər robot yeni bir məişət bacarığı əldə edib. “Figure 02” adlı robot qabyuyan maşını yükləməyi öyrənib və bunu olduqca məharətlə yerinə yetirib. Bu nailiyyəti xüsusilə diqqətəlayiq edən məqam isə onun üçün heç bir yeni alqoritm və ya konkret tapşırığa uyğunlaşdırılmış xüsusi işləmə tələb olunmamasıdır. Bunun əvəzinə, tərtibatçılar əvvəlki ümumi təyinatlı süni intellekt modeli “Helix AI”ni yeni məlumatlarla təlim ediblər ki, o, digər tapşırıqları da yerinə yetirə bilsin. Nəticədə insanabənzər robot qabları yığmağı, çeşidləməyi və yerləşdirməyi, həmçinin kövrək qablarla insan dəqiqliyinə xas ehtiyatla davranmağı öyrənib. Bu nailiyyət onu gündəlik məişətdə köməkçi roluna bir qədər də yaxınlaşdırır.

Robot üçün bu funksiya olduqa çətin idi. Belə ki, o, sözügedən tapşırığı yerinə yetirərkən çoxsaylı çətinliklərlə üzləşirdi. Əsas çətinliklərdən biri boşqabları səliqə ilə götürmək və onları elə yerləşdirməkdir ki, onlar nə zədələnsinlər. “Helix AI” süni intellekt modeli “Figure 02”yə bu qədər dəqiq işi yerinə yetirərkən hərəkətlərinin dəqiqliyini artırmağa imkan verib. Bundan əlavə, robot müxtəlif növ qabları - boşqablardan stəkanlara qədər - qabyuyana yerləşdirə bilir. Əvvəllər robotların müxtəlif tapşırıqları yerinə yetirmələri üçün ayrıca alqoritmlərə ehtiyac var idi. Lakin “Figure” şirkətinin “Helix AI” modeli robota insanların necə etdiyini müşahidə etməklə yeni bacarıqları öyrənməyə imkan verib.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Chosen
49
1
azerbaijan-news.az

2Sources