EN

UNEC: Milli dildə keyfiyyətli təhsil modeli (FOTO)

Bakı. Trend:

UNEC-də milli dildə təhsil verən, eyni zamanda beynəlxalqstandartlara uyğun kompetensiyalara malik məzunlar yetişdirənkeyfiyyətli təhsil modeli tətbiq edilir. Bu model çərçivəsində anadilində yüksək səviyyəli təhsil təmin olunmaqla yanaşı, tələbələrinxarici dildə sərbəst ünsiyyət və peşəkar bacarıqlara yiyələnməsiəsas hədəflərdən biri kimi müəyyənləşdirilib.

UNEC rektoru, professor Ədalət Muradov bu istiqamətdə əldəolunan nəticələri və qarşıya qoyulan hədəfləri müzakirə etməkməqsədilə xarici dilləri tədris edən müəllimlərlə görüşüb.

Rektor çıxışında qeyd edib ki, UNEC milli dildə yüksəkkeyfiyyətli təhsil verməklə, tələbələrinin müasir bilik vəbacarıqlara yiyələnməsini hədəfləyir: “Məqsədimiz milli dildətəhsili qorumaqla, beynəlxalq təhsil standartlarına uyğunluğuözündə birləşdirən keyfiyyətli təhsil modelini tətbiq etməkdir. Buyanaşma tələbələrə ana dilində keyfiyyətli təhsil almaqla yanaşı,onların qlobal əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimiyetişməsinə də zəmin yaradacaq.”

Prof. Ədalət Muradov əlavə edib ki, müasir dövrdə seçdiyi sahəüzrə peşəkar mütəxəssis olmaq, uğurlu karyera qurmaq və beynəlxalqəmək imkanlarından yararlanmaq üçün xarici dili, xüsusilə ingilisdilini bilmək artıq zərurətə çevrilib. Bu baxımdan, xarici dilintədrisi UNEC-də bacarıq kimi deyil, təhsilin ayrılmaz hissəsi kimiqəbul edilib.

Görüşdə Xarici Dillər Departamentinin 2024/2025-ci tədris iliüzrə fəaliyyəti barədə hesabat təqdim olunub. Departamentindirektoru, dosent Aysel Xəlilova çıxışında görülmüş işlər, əldəolunmuş nəticələr və qarşıya qoyulan hədəflər barədə məlumatverib.

Hesabatdan sonra milli dildə keyfiyyətli təhsil modelinintəkmilləşdirilməsi məqsədilə bir sıra təkliflər irəli sürülüb.

UNEC:
UNEC:
Məqalədə:
Chosen
20
11
az.trend.az

10Sources