Müğənni Zenfira İbrahimova video çəkərək izləyicilərinə müraciət edib.
Ölkə.az milli.az-a istinadən xəbər verir ki, sənətçi Rusiyada hava limanında anlarının bölüşərək işinin çətinliyindən gileylənib.
"Saat 8-dən buradayam. Moskvaya uçdum. Daha sonra isə digər şəhərə. Allah bütün yolda və göydə olanları qorusun. Hər kəsə ruzi qismət etsin. Tam səmimiyyətimlə deyirəm ki, bizi yaradana and olsun. O qədər çətin, ağır işdir ki, ayaqlarımı hiss etmirəm. Saat 8-dən ayağımda idman ayaqqabısı var. Bayaqdan yeriyirəm. Hava limanında bir saat yol gəlmişəm. Üç saatdan çox uçmuşam indi də 2 saatdan çox uçuşumuz olacaq. Çox çətindir bizə bəxtəvərlik verməyin".