BMT-nin baş katibi Antonio Quterreş İsrailin Dohada HƏMAS liderlərinə qarşı zərbəsini pisləyib.
Bizim.Media xəbər verir ki, Quterreş bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Antonio Quterreş bəyan edib ki, Qətərin suverenliyi və ərazi bütövlüyünün pozulmasını qınayır:
“Qətərin suverenliyi və ərazi bütövlüyünün belə açıq-aşkar pozulmasını qınayıram. Bütün tərəflər daimi atəşkəsin əldə olunması üçün çalışmalıdır, onun pozulması üçün yox”, – deyə BMT baş katibi qeyd edib.
Bizim.Media