EN

Bu tarixdə hava kəskin dəyişəcək -

Sentyabrın 10-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq bölgələrdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.Bu barədəMetbuata.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
    Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur.Ölkə ərazisində sentyabrın 15-dək havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

    Chosen
    60
    39
    metbuat.az

    10Sources