EN

Ötən il yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr 227 mln.manata çatıb

2024-cü ildə dövlət büdcəsinə cərimə və sanksiyalardan cəmi 380,1 milyon manat daxil olub.

Hesablama Palatasından Teleqraf-a verilən məlumata görə, bu vəsaitin 277,7 milyon. manatı və yaxud 73,1%-i büdcə təşkilatlarının büdcədənkənar gəlirlərinə yönəldilməklə, həmin qurumların
büdcədənkənar xərclərinin maliyyələşdirilməsinə istifadə olunub.

Qeyd edək ki, qanunvericiliklə büdcədənkənar gəlirlərə aid edilən maliyyə sanksiyaları və
cərimələrin 81,7%-i yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati cərimələrin payına düşüb. Beləliklə, 380 milyon manatın 227 milyon manatı yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr təşkil edib.

Chosen
86
3
teleqraf.com

4Sources