EN

Bakıda Zəngəzur dəhlizi müzakirələri...VİDEO

"Orta Dəhlizin bir istiqaməti kimi Zəngəzur dəhlizi yaxın gələcəkdə qitələri birləşdirən mühüm nəqliyyat bağlantısı rolunu oynayacaq".

Bu fikirlər Prezident İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində yer alıb. Qeyd olunub ki, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda təşviq etdiyi sülh gündəliyi ölkənin xarici siyasəti üçün yeni üfüqlər açır. Prezidentin müraciətini Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev səsləndirib.

Prezident Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində Azərbaycan-Çin münasibətlərinə də toxunub.

Çin Xarici İşlər Nazirliyinin Avropa-Mərkəzi Asiya İşləri Departamentinin əməkdaşı, səfir Yan Venbin çıxışında diqqətə çatdırıb ki, Çin Azərbaycanın AQEM-ə sədrliyini dəstəkləmək üçün bütün tərəflərlə çalışacaq. O qeyd edib ki, Azərbaycan hazırda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik edir və 2026-cı ildə AQEM-in VII Zirvə toplantısına da ev sahibliyi edəcək.

Sessiyada çıxış edən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibi Kayrat Sarıbay isə vurğulayib ki, Bakıda keçirilən bu forum mühüm əhəmiyyət kəsb edir, çünki bu, Azərbaycanın sədrliyində keçirilən ilk forumdur.

Beyin Mərkəzləri Forumunun birinci günündə müxtəlif movzularda sessiyalar keçirilib.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Chosen
47
xezerxeber.az

1Sources