EN

Çexiyanın ifşa etdiyi casus şəbəkəsi sökülür

Çexiyanın təhlükəsizlik xidməti BIS Avropada Belarus xüsusi xidmət orqanlarının qurduğu kəşfiyyat şəbəkəsini ifşa etdiyini açıqlayıb. Bunun nəticəsində, Çexiya XİN bir belaruslu diplomatı "persona non grata" elan edərək, ona 72 saat ərzində ölkəni tərk etməyi əmr edib.

Azreform.info Musavat.com-a istinadən xəbər verir ki, əsas fiqur Rumıniyada saxlanılıb. 47 yaşlı Moldovanın xüsusi xidmət orqanlarının sabiq rəhbər müavini Aleksandr Balan Timisoara hava limanında Rumıniyanın Mütəşəkkil Cinayətkarlıq və Terrorizmlə Mübarizə İdarəsi (DIICOT) tərəfindən həbs olunub.

O, Belarusun xeyrinə casusluqda və dövlət sirri təşkil edən məlumatların ötürülməsində ittiham olunur.

The Insider yazır ki, Balan 2016–2019-cu illərdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında əlaqələndirici zabit kimi çalışıb. Ukraynadan geri çağırılsa da, Moldovaya qayıtmaqdan imtina edib. Rumıniya mediasının məlumatına görə, 2024–2025-ci illərdə o, Budapeştdə Belarus kəşfiyyatının nümayəndələri ilə iki dəfə görüşüb.

Chosen
37
4
azreform.info

5Sources