EN

“Liverpul” və “Arsenal” transfer yarışına girib

"Ştutqart"ın yarımmüdafiəçisi Angelo Ştiller karyerasını İngiltərə Premyer Liqasında çıxış edə bilər.

90deqiqe.Az-ın “TEAMtalk”a istinadən yaydığı məlumata görə,İngiltərənin “Liverpul” və “Arsenal” klubları 24 yaşlı futbolçunun transferini ciddi şəkildə nəzərdən keçirirlər.

Ştillerin yanvar ayında transfer olunması istisna edilmir. Lakin “Liverpul” və “Arsenal” klubları bu transferi daha ətraflı dəyərləndirmək üçün vaxt götürə və yarımmüdafiəçini 2026-cı ilin yayında almağa cəhd göstərə bilərlər.

“Şvablar” futbolçunun qiymətini 40 milyon avro olaraq müəyyən edib,

Ötən mövsümdə Ştiller bütün yarışlarda 47 oyunda iştirak edib, 4 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun Ştutqartla mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına əsasən, futbolçunun bazar dəyəri 45 milyon avrodur.

Almaniya milli komandasının heyətində isə Ştiller 5 oyun keçirib, lakin nəticə göstərən hər hansı qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Chosen
84
90deqiqe.az

1Sources