EN

Millimiz Ukrayna ilə bərabərə qaldı Video Yenilənib

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində ikinci oyununa çıxır.

“Qafqazinfo” xəbər verir ki, yığmamız Bakıda Ukrayna millisi ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səsləndiriləcək.

Qeyd edək ki, AFFA İslaniya məğlubiyyətindən (0:5) sonra Fernandu Santuşla yollarını ayırıb. Millimizi bu matça U-21-in çalışdırıcısı Ayxan Abbasov çıxaracaq.

DÇ-2026

Seçmə mərhələ, D qrupu

9 sentyabr

Azərbaycan - Ukrayna

Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00

Baş hakim: Vassilis Fotias

Baş hakimin köməkçiləri: Andreas Meintanas, Mixail Papadakis

Dördüncü hakim: Anastasios Papapetru

VAR hakimləri: Angelos Evangelu, Yoannis Papadopulos(Hakimlər briqadası Yunanıstandandır)

***

Komandaların start heyətləri açıqlanıb:

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 10. Mahir Emreli, 14. Elvin Bədəlov, 15. Abdulla Xaybulayev, 19. Rüstəm Əhmədzadə, 21. Qismət Alıyev

Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Rəhman Daşdəmirov, 6. Səbuhi Abdullazadə, 7. Anatoli Nuriiev, 11. Ozan Can Kökcü, 13. Abbas Hüseynov, 16. Ceyhun Nuriyev, 17. Toral Bayramov, 18. Cəlal Hüseynov, 20. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı

Ukrayna: 12. Trubin, 2. Konoplya, 6. Kalyujnıy, 7. Vanat, 8. Sudakov, 13. Zabarnıy, 14. Oçeretko, 17. Zinçenko, 19. Bondarenko, 20. Zubkov, 22. Matviyenko (k)

Ehtiyat oyunçular: 1. Buşan, 23. Riznik, 3. Mixavko, 4. Svatok, 5. Bondar, 10. Şaparenko, 11. Dovbik, 15. Mixayliçenko, 16. Voloşin, 18. Yarmoliuk, 21. Nazarenko

***

Matç başladı.

***

İlk hissə qolsuz başa çatdı.

***

***

İlk hissə qolsuz başa çatdı.

***

İkinci hissə başladı.

***

51-ci dəqiqədə Sudakovun vurduğu qolla Ukrayna hesabı açır - 0:1.

***

72-ci dəqiqədə Emin Mahmudov penaltini dəqiq yerinə yetirməklə hesabı bərabərləşdirdi - 1:1.

***

Qarşılaşma 1:1 hesabı ilə başa çatdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
29
3
qafqazinfo.az

10Sources