EN

Rusiyada 14 yaşlı xokkeyçi məşq zamanı ölüb

Asbestdə xokkey məşqi zamanı yeniyetmə ölüb

Qaziler.az-ın məlumatına görə, E1.RU yeniyetmənin məşqçisinə istinadən xəbər verir ki, Sverdlovsk vilayətinin Asbest şəhərində 14 yaşlı idmançı xokkey məşqi zamanı dünyasını dəyişib. Faciə sentyabrın 9-da "Xrizotil" idman məktəbində baş verib.

Məşqçinin sözlərinə görə, yeniyetmə məşqi bir neçə dəfə təkrarlayıb, sonra sütunda dayanıb, diz çöküb və huşunu itirib. İdman məktəbinin növbətçi həkimləri gəlsələr də, uşağı xilas edə bilməyiblər. O, reanimasiyaya aparılıb, lakin onun öldüyü müəyyən edilib.

Məşqçi yeniyetmənin səhhətində heç bir problem olmadığını, bütün məcburi tibbi müayinələrdən keçdiyini və mütəmadi olaraq yarışlarda iştirak etdiyini qeyd edib.

İstintaq Komitəsinin regional idarəsi şərh verməkdən imtina edib.

QAZİLER.AZ

Chosen
30
qaziler.az

1Sources