EN

Parisdə məscidlərin qarşısına donuz başları qoyuldu - Üzərinə Makron yazılıb

Paris və İl-de-Frans bölgəsində bir neçə məscidin girişində donuz başları aşkarlanıb.

Musavat.com xəbər verir ki, Paris polis prefekti Loran Nunyez sosial şəbəkə X-də yazıb ki, bu gün səhər saatlarında ictimai yerlərdə məscidlərin qarşısına heyvan başları yerləşdirilib.

Fransanın LCI radiostansiyasının məlumatına görə, ən azı doqquz donuz başı tapılıb. Onlardan beşinin üzərində mavi boyayla “Makron” sözü yazılıb.

Hadisə ilə bağlı istintaq başladılıb.

 

Şahanə Rəhimli
Musavat.com

Chosen
56
1
musavat.com

2Sources