EN

Qızılın qiyməti tarixi rekordunu yeniləməyə davam edir – Yenilənib


Qızıl fyuçerslərinin qiyməti tarixi maksimumunu yeniləyərək bir troy unsiyası üçün 3 700 dolları keçib.
Yeniavaz.com
xəbər verir ki, bu “Comex” birjasında paylaşılan məlumatlardan bəlli olub.
Bakı vaxtı ilə saat 18:27-yə olan məlumata görə, qiymətli metalın qiyməti 1 troya unsiyası üçün 3 713,7 dollar təşkil edib. 

***10:17
Qızılın qiyməti növbəti dəfə rekorda imza atıb.
Yeniavaz.com
xəbər verir ki, bu, gələn həftə ABŞ Federal Ehtiyat Sistemi (FED) tərəfindən baza faiz dərəcəsinin azaldılması gözləntiləri fonunda baş verib.
Belə ki, qiymətli metalın spot qiyməti, yəni hazırkı bazar dəyəri bir unsiya üçün 3 646,43 dollara yüksəlib ki, bu da rekord həddir.
Chosen
13
1
yeniavaz.com

2Sources