EN

Silahlı birləşmənin lideri ÖLDÜRÜLDÜ

İsrail KİV-ləri HƏMAS-ın siyasi qanadının rəhbəri Xəlil əl-Haya və digər yüksək vəzifəli şəxslərin Dohada həyata keçirilən hava zərbəsi nəticəsində öldürüldüyünü bildirib. 

News24.az xəbər verir ki, hücumun hədəfi kimi Khaled Meshaal və Zaher Jabareen də göstərilir.

İsrailin anonim bir rəsmisi bu əməliyyatın hərəkatın rəhbərliyinə yönəldiyi və nəticələri gözlədiklərini bildirib. Rəsmiyə görə, hava zərbəsi ölkə rəhbərliyi ilə təhlükəsizlik qurumları arasında koordinasiya nəticəsində planlaşdırılıb.

Aqil

Chosen
53
news24.az

1Sources