EN

Kopırkin Petrosyanın malikanəsinə getdi: Rusiyasız olmaz!

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə regiondakı vəziyyəti müzakirə edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Görüş Ter-Petrosyanın malikanəsində baş tutub və bir saatdan çox davam edib. Tərəflər Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti, eləcə də Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar olmasının zəruriliyindən danışıblar.

“Birinci prezident Rusiyanın Cənubi Qafqazda mövcudluğunun fövqəladə zərurət olduğunu vurğulayıb. O bildirib ki, Ermənistanın etibarlı və səmimi dostları İran, Gürcüstan, Fransa, Yunanıstan, gələcəkdə isə Hindistan və Çindir”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, Ter-Petrosyanla Kopırkin sonuncu dəfə bu ilin fevralında görüşüb.(axar.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
41
7
olke.az

8Sources