EN

"Kəpəz" ayılmalıdır, qatar gedir, yeni problem qapıdadır

"Kəpəz"də uğursuz ənənə davam edir.

Arxada qoyduğumuz 3 mövsümdə olduğu kimi bölgə klubu yenə məğlubiyyətləri sıralayır.

Qərb təmsilçisinin rəhbərliyi hərəkətə keçməli, ciddi qərarlar almalıdır.

Düzdü, ötən mövsümlərdə bundan pis durumlarda klub geridönüş edə bilib.

Amma bu dəfə vəziyyət fərqlidir.

Məsələn, əvvəlki illərdə komanda məşqçi dəyişikliyinə gedərək əlavə bir neçə yeni transferlə düzəni dəyişə bilirdi.

İndi yeni gələcək çalışdırıcının belə bir imkanı yoxdur. Çünki legioner limitinin ləğvindən sonra bəzi əlavələr qüvvəyə minib. Daha əvvəlki kimi milli üzvü olan gəlmələr rüsumlar azad deyil.

Ötən mövsümün ikinci yarısı "Kəpəz" Malta, Tacikistan kimi ölkələrin millisində çıxış edən futbolçuları gətirə bilirdi. İndi belə bir alternativ yoxdur. İstənilən legionerə görə ödəniş edilməlidir.

Digər önəmli fakt əsas rəqiblərlə bağlıdır.

Ehtimal olunurdu ki, "Karvan-Yevlax" və "İmişli" məğlubiyyətləri sıralayacaq. Əksi oldu, adıçəkilən klublar daha bərk çıxdı.

Əbəs deyil ki, debütanların aktivində 4 xal var.

Bu komandalar asan təslim olana bənzəmir. Xal ehtiyatını artırırlar. Görünən odur ki. Gələcəkdə də xallar yığa biləcəklər.

Bunu fonunda "Kəpəz"in dirçəlişi yaxında kimi görünmür.

XANOĞLAN İMANOV

Chosen
16
sportinfo.az

1Sources