EN

Ayxan Abbasov: “Bu gün üzərimizə düşəni etdik” - VİDEO

“Bu gün futbolçular üzərlərinə düşənin artığını etdilər. Çünki ağır səfərdən gəlmişdirlər, yorulmuşdular. Bu gün vuruşmaq, xarakter göstərmək lazım idi. Bir gün vaxtımız oldu, bəlkə də çox şeyi dəyişə bilməzdik, amma çox danışdıq”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan millisinin məşqçisi Ayxan Abbasov DÇ-2026-nın D qrupunun 2-ci turunda Ukrayna ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan dərhal sonrakı açıqlamasında deyib.

“Təcrübəli futbolçular komandanın yığışmağında çox kömək etdilər. Azərkeşlərə təşəkkür edirəm. Düşünürəm bu gün üzərimizə düşəni etdik”, - A. Abbasov bildirib.


Bizim.Media

Chosen
12
1
bizim.media

4Sources