2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, bu gün D, F, H, I və K qrupları üzrə ümumilikdə 9 qarşılaşma baş tutub.
Azərbaycan millisinin yer aldığı D qrupunda Fransa İslandiya ilə üz-üzə gəlib. Üç qolluq bu oyunda fransızlar çətin və əzmkar qələbəyə seviniblər.
Portuqaliya səfərdə Macarıstanın, İngiltərə isə Serbiyanın qonağı olub. Portuqallar çətin, ingilislər isə asan qələbəyə seviniblər. Norveç yığması da doğma meydanda Moldova seçməsinə rüsvayçı hesabla qalib gəlib.
DÇ-2026-nın seçmə mərhələsi
9 sentyabr
D qrupu
Azərbaycan – Ukrayna 1:1
Qollar: Emin Mahmudov, 72-pen – Georgi Sudakov, 51.
Fransa – İslandiya 2:1
Qollar: Mbappe, 45-pen. Barkola, 62 – Qudyonsen, 21.
Xal: Fransa – 6. İslandiya – 3. Ukrayna – 1. Azərbaycan – 1.
F qrupu
Ermənistan – İrlandiya 2:1
Qollar: Spertsyan, 45+1-pen. Ranos, 51 – Ferquson, 57.
Macarıstan – Portuqaliya 2:3
Qollar: Varqa, 21; 84 – B.Silva, 36. Ronaldo, 58-pen. Kanselo, 86.
Xal: Portuqaliya – 6. Ermənistan – 3. Macarıstan – 1. İrlandiya – 1.
H qrupu
Kipr – Rumıniya 2:2
Qollar: Loyzu, 29. Xaralampus, 77 – Draquş, 2; 18.
Bosniya və Herseqovina – Avstriya 1:2
Qollar: Dzeko, 50 – Zabitser, 49. Laymer, 65.
Xal: Bosniya və Herseqovina – 12. Avstriya – 12. Rumıniya – 7. Kipr – 4. San Marino – 0.
I qrupu
Norveç – Moldova 11:1
Qollar: Myure, 6. Haland, 11; 36; 43; 52; 83. Edeqor, 45+1. Osqor, 67; 76; 78-pen; 90+1 – Estiqor, 74-öz qapısına.
Xal: Norveç – 15. İtaliya – 9. İsrail – 9. Estoniya – 3. Moldova – 0.
K qrupu
Serbiya – İngiltərə 0:5
Qollar: H.Keyn, 33. Madueke, 35. Konsa, 52. Qehi, 75. Raşford, 90-pen.
Albaniya – Latviya 1:0
Qol: Asllani, 25-pen.
Xal: İngiltərə – 15. Albaniya – 8. Serbiya – 7. Latviya – 4. Andorra – 0.