EN

Tramp: Rusiya Ukraynadakı müharibəni qəsdən uzadır

"Moskva Rusiya-Ukrayna müharibəsini qəsdən uzadır".

"Ölkə.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp radioaparıcı Stiv Rozenberqə müsahibəsində deyib.

Amerika liderinin sözlərinə görə, tərəflər hər dəfə danışıqlarda irəliləyiş əldə etmək istiqamətində hərəkət edəndə Rusiya nizamlanmaya mane olan hərəkətlər edir.

Tramp bu cür davranışı tamamilə qəbuledilməz adlandırıb: "Deyəsən hər dəfə ona yaxın olduğumuzu düşünəndə gedib kiminsə üstünə bir də bomba atır. Bu, tamamilə qəbuledilməzdir".(Report)

Chosen
56
3
olke.az

4Sources