EN

Siqaret çəkmək 2-ci tip diabet riskini 36% artırır -Tədqiqat

“Alkoqol, siqaret və onların 2-ci tip diabetin inkişaf riskinə təsiri” adlı araşdırmaya görə, siqaret çəkmək 2-ci tip diabetin inkişaf riskini 36% artırır.

Tədqiqat Paris-Şimali Sorbonna Universitetinin alimləri tərəfindən aparılıb və “Preventive Medicine” amerikan jurnalında dərc olunub.

"Siqaret çəkən insanlarda 2-ci tip şəkərli diabetə tutulma riski heç vaxt çəkməyənlərə nisbətən 36% yüksək olub. Çox siqaret çəkən insanların riski az və ya orta dərəcədə siqaret çəkənlərin riskindən 2 dəfədən çox yüksəkdir", - tədqiqatın müəllifləri vurğulayırlar.

Eyni zamanda, alimlər açıqlayıblar ki, siqaretdən fərqli olaraq çox miqdarda spirt istehlakı, 2-ci tip diabetin inkişaf riskini artırmır.

Nubar Süleymanova, “İki sahil”

Chosen
44
ikisahil.az

1Sources