EN

Messisiz Argentina məğlub oldu

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Argentina DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ekvadorla qarşılaşıb və minimal hesabla məlub olub — 0:1. Sport24.az xəbər verir ki, oyun Quayaquil şəhərindəki "Banco Pichincha" stadionunda baş tutub.

31-ci dəqiqədə Nikolas Otamendi qırmızı vərəqə aldığından Argentina 10 nəfərlə qalıb. İlk hissəyə əlavə olunmuş 13-cü dəqiqədə Ekvadorlu hücumçu Enner Valensiya hesabı açıb. İkinci hissənin əvvəlində yarımmüdafiəçi Moises Kaysedo ikinci sarı vərəqə aldığından meydan sahibləri də azlıqda qalıb.

Argentinalı hücumçu Lionel Messi bu matçda meydana çıxmayıb.

Qeyd edək ki, argentinalılar 38 xalla Cənubi Amerika zonasında seçmə mərhələni ilk pillədə başa vurub. Ekvadorlular  isə29 xalla ikinci olublar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
sport24.az

1Sources