EN

Dohaya hücum əmrini kim verib?

Dohada HƏMAS-a hücum Baş nazir Netanyahunun verdiyi qərar idi. Mənim yox.

Publika.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.

O, dərhal xüsusi elçi Stiv Uitkofa Qətərə gözlənilən hücum barədə məlumatlandırmağı əmr etdiyini deyib.

“O, bunu etsə də artıq çox gec etdi. Mən Qətərə ABŞ-ın güclü müttəfiqi, dostu kimi baxıram və hücumun yeri ilə bağlı təəsüf hissi keçirirəm. Mən bütün girovların azad edilməsini və bu müharibənin tezliklə bitməsini istəyirəm”, - deyə Tramp əlavə edib.

Chosen
8
11
publika.az

10Sources