AZ

Dohaya hücum əmrini Netanyahu verib, mən yox - Tramp

Dohada HƏMAS-a hücum baş nazir Netanyahunun verdiyi qərar idi. Mənim yox.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.

O, dərhal xüsusi nümayəndə Stiven Uitkoffa Qətərə gözlənilən hücum barədə məlumatlandırmağı əmr etdiyini deyib.

“O, bunu etsə də artıq çox gec etdi. Mən Qətərə ABŞ-ın güclü müttəfiqi, dostu kimi baxıram və hücuma görə təəsüf hissi keçirirəm. Mən bütün girovların azad edilməsini və bu müharibənin tezliklə bitməsini istəyirəm”,- deyə Tramp əlavə edib.

Tramp hücumdan sonra İsrailin Baş naziri Netanyahu və Qətər əmiri və Baş naziri ilə danışdığını təsdiqləyib.

Seçilən
20
8
axar.az

10Mənbələr